DƏNLİ TAXIL SAHƏLƏRİNDƏ FİTOSANİTAR MONİTORİNQ APARILIB » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun mütəxəssisləri tərəfindən İnstitutun təcrübə sahəsində dənli taxıl əkin sahələrində fitosanitar vəziyyətin qiymətləndirilməsi məqsədilə müşahidələr aparılmışdır.

Aparılmış monitorinqlər zamanı siçanabənzər gəmiricilərin, o cümlədən ictimai çöl siçanının (Microtus socialis A.) yayılma səviyyəsi, işlək yuvaların sayı qiymətləndirilmişdir. Əkin sahələrinin kənar zolaqlarında və ot örtüyü sıx olan hissələrdə ayrı-ayrı işlək yuvalar qeydə alınmış, lakin populyasiya sıxlığının iqtisadi zərər həddini keçmədiyi müəyyən edilmişdir.

Eyni zamanda torpaq zərərvericilərinin mövcudluğunun öyrənilməsi məqsədilə torpaq qatında müayinələr aparılmışdır.

Tədqiqatlar zamanı hava şəraitinin zərərvericilərin inkişaf dinamikasına təsiri təhlil edilmiş, temperatur və rütubət göstəricilərinin mövsümi dəyişməsi nəzərə alınmışdır. Əldə olunan nəticələr əsasında profilaktik aqrotexniki tədbirlərin davam etdirilməsi məqsədəuyğun hesab edilmişdir.

Fitosanitar vəziyyət nəzarətdə saxlanılır və müşahidələrin nəticələrinə uyğun olaraq zərurət yarandıqda operativ mübarizə tədbirlərinin həyata keçirilməsi planlaşdırılır.

Paylaş: