FINDIQ BİTKİSİNİN XƏSTƏLİK VƏ ZƏRƏRVERİCİLƏRİNƏ DAİR TƏLİM KEÇİRİLİB » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda “Fındıq bitkisinin xəstəlik və zərərvericiləri, onlara qarşı tədbirlər sisteminin təkmilləşdirilməsi” mövzusunda təlim təşkil olunub.

Təlim əyani və onlayn formatda, “Zoom” platforması vasitəsilə baş tutub. Tədbirə müxtəlif bölgələrdən mütəxəssislər və fermerlər qoşularaq mövzu ətrafında məlumat əldə ediblər.

Təlimdə ilk olaraq institutun əməkdaşı Sevinc Məhərrəmova çıxış edərək fındıq bitkisində rast gəlinən əsas xəstəliklər, onların yaranma səbəbləri, yayılma xüsusiyyətləri və mübarizə tədbirləri haqqında ətraflı məlumat verib. Bildirilib ki, xəstəliklərin vaxtında müəyyən olunması və düzgün aqrotexniki tədbirlərin görülməsi məhsuldarlığın qorunmasında mühüm rol oynayır.

Daha sonra institutun əməkdaşı Afaq Həsənova fındıq bitkisinin əsas zərərvericiləri, onların bitkiyə vurduğu ziyan və onlara qarşı mübarizə üsulları barədə təqdimatla çıxış edib. Təlim zamanı zərərvericilərə qarşı kompleks mübarizə tədbirləri, profilaktik tədbirlərin əhəmiyyəti və müasir bitki mühafizə üsulları iştirakçıların diqqətinə çatdırılıb.

Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb, fındıq bağlarında xəstəlik və zərərvericilərə qarşı effektiv mübarizə yolları ilə bağlı müzakirələr aparılıb.

Paylaş: