“ÜZÜM TƏNƏKLƏRİNİN ZƏRƏRVERİCİLƏRİ” KİTABININ TƏQDİMATI KEÇİRİLİB » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun elmi katibi Məryəm Bağırovanın “Üzüm tənəklərinin zərərvericiləri” kitabının təqdimatı keçirilib

Tədbirdə çıxış edən institutun direktoru, professor İbrahim Cəfərov Məryəm Bağırovanın “Üzüm tənəklərinin zərərvericiləri” adlı yeni nəşrinin fermerlər və tədqiqatçılar üçün dəyərli vəsait olduğunu vurğulayıb. Bildirib ki, kitabda üzüm tənəklərinə zərər vuran əsas zərərvericilər və onlara qarşı mübarizə üsulları geniş şəkildə izah olunur.

Qeyd olunub ki, nəşrdə həm ənənəvi, həm də müasir aqrotexniki və bioloji mübarizə metodlarına yer verilib ki, bu da kitabın praktik əhəmiyyətini artırır. Eyni zamanda, materialların sadə və anlaşılan dildə təqdim olunması geniş oxucu auditoriyası üçün əlçatanlığı təmin edir.

Təqdimat mərasimində müəllif çıxış edərək kitabın hazırlanma məqsədi və qarşıya qoyulan əsas hədəflər barədə məlumat verib. O, üzümçülük sahəsində mövcud problemlərin həlli istiqamətində belə elmi vəsaitlərin mühüm rol oynadığını qeyd edib.

Sonda iştirakçılar müəllifə gələcək elmi fəaliyyətində uğurlar arzulayıb, nəşrin sahə üzrə maraqlananlar üçün faydalı məlumat mənbəyi olacağını qeyd ediblər.

 

Paylaş: