BİTKİ MÜHAFİZƏ VƏ TEXNİKİ BİTKİLƏR ETİ-DƏ ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN 103-CÜ İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB. » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda Heydər Əliyev-in anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Dahi şəxsiyyət, böyük irs – Heydər Əliyev 103” adlı geniş tərkibli tədbir keçirilmişdir.

Tədbirdə institutun rəhbərliyi, alim və mütəxəssislər, elmi əməkdaşlar və Gəncə Dövlət Aqrar Kollecinin tələbələri iştirak etmişlər. Tədbirin əsas məqsədi Ulu Öndərin zəngin dövlətçilik irsinin, Azərbaycanın müstəqilliyi və suverenliyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi uzaqgörən siyasətin, eləcə də ölkənin sosial-iqtisadi inkişafına verdiyi töhfələrin bir daha xatırladılması və geniş ictimaiyyətə çatdırılması olmuşdur.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanmış mərasimdə daha sonra ümummilli lider Heydər Əliyev-in və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbiri institutun direktoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov açaraq “Heydər Əliyev və Azərbaycanın suverenlik yolu” mövzusunda geniş məruzə ilə çıxış etmişdir. Direktor çıxışında qeyd etmişdir ki, Heydər Əliyev yalnız Azərbaycan xalqının deyil, bütövlükdə regionun siyasi tarixində dərin və silinməz iz qoymuş, müstəqil dövlətçilik ideyasını real siyasi kursa çevirən müstəsna şəxsiyyət olmuşdur. Onun uzaqgörən və qətiyyətli siyasəti nəticəsində ölkədə siyasi sabitlik təmin olunmuş, dövlət strukturları möhkəmləndirilmiş və milli maraqlara əsaslanan inkişaf strategiyası müəyyən edilmişdir ki, bu da Azərbaycanın gələcək uğurlarının əsasını təşkil etmişdir.

İbrahim Cəfərov xüsusi vurğulamışdır ki, Ulu Öndərin müəyyən etdiyi siyasi kurs bu gün də uğurla davam etdirilir və müasir dövrdə Azərbaycanın hərtərəfli inkişafında həlledici rol oynayır. O bildirmişdir ki, bu strateji xəttin davamı olaraq Prezident İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan regionda güclü, müstəqil və nüfuzlu dövlət kimi mövqeyini daha da möhkəmləndirmişdir. Qeyd olunmuşdur ki, ölkəmizin beynəlxalq arenada artan nüfuzu, milli maraqların qətiyyətlə müdafiə olunması və dövlət suverenliyinin tam təmin edilməsi məhz bu ardıcıl və düşünülmüş siyasətin nəticəsidir.

Sonda İbrahim Cəfərov qeyd etmişdir ki, Heydər Əliyev irsi Azərbaycan xalqı üçün tükənməz mənəvi və siyasi sərvət olaraq qalır və bu irsə sadiqlik ölkəmizin gələcək inkişaf yolunun əsas təminatıdır.

BMTBETİ-nin şöbə müdiriaqrar elmlər doktoru Ələddin Tağıyev  “Heydər Əliyev və Azərbaycanda pambıqçılığın inkişafı” mövzusunda çıxış edərək qeyd etmişdir ki, Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü aqrar siyasət nəticəsində Azərbaycanda pambıqçılığın inkişafı yeni mərhələyə qədəm qoymuşdur. O, pambıqçılığın kənd təsərrüfatının strateji sahələrindən biri kimi formalaşmasında Ulu Öndərin müəyyən etdiyi inkişaf kursunun mühüm rol oynadığını vurğulamışdır.

Çıxışda bildirilib ki, həmin dövrdə pambıq istehsalının artırılması, texniki bazanın gücləndirilməsi, kənd təsərrüfatında elmi yanaşmaların tətbiqi və bölgələrdə istehsal infrastrukturunun inkişafı bu sahənin dayanıqlı şəkildə yüksəlməsinə şərait yaratmışdır.

Daha sonra tədbirdə Ələddin Tağıyev “Heydər Əliyev və Azərbaycanda pambıqçılığın inkişafı”, Nigar Qədimova “Ulu Öndərin siyasi irsi və dövlətçilik fəaliyyəti”, Qabil Bayramov “Heydər Əliyev və müstəqil Azərbaycan”, Gülçin Dəmirova “Ulu Öndər və kənd təsərrüfatı siyasəti”, Səbuhi Eldarov “Heydər Əliyevin aqrar siyasəti və kənd təsərrüfatının inkişafı”, Xəyalə Abbasova “Heydər Əliyev və Azərbaycan gəncliyi” və Rumiyyə Məmmədrzayeva “Heydər Əliyev və aqrar elm” mövzularında çıxış etmişlər.

Çıxışlarda Heydər Əliyevin aqrar siyasətə verdiyi töhfələr, kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən kompleks tədbirlər, onun gənclərə göstərdiyi xüsusi diqqət və qayğı, eləcə də müstəqil Azərbaycanın iqtisadi dayaqlarının möhkəmləndirilməsində oynadığı mühüm rol xüsusi vurğulanmışdır.

Tədbirin sonunda qeyd olunmuşdur ki, Heydər Əliyevin siyasi və dövlətçilik irsi bu gün də Azərbaycan Respublikasının inkişaf strategiyasının əsasını təşkil edir və ölkənin gələcək tərəqqisi üçün mühüm istiqamətverici rol oynayır.

Paylaş: