AĞACƏKMƏ AKSİYASI KEÇİRİLİB » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər


Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun təcrübə sahəsində növbəti meyvə tinglərinin əkilməsi aksiyası təşkil olunub. Aksiya çərçivəsində müxtəlif növ meyvə tingləri əkilərək yaşıllıq sahəsinin genişləndirilməsi və ekoloji mühitin yaxşılaşdırılması istiqamətində tədbirlər həyata keçirilib.

Tədbirin əsas məqsədi ətraf mühitin mühafizəsinə töhfə vermək, yaşıllıq sahələrini artırmaq və ekoloji tarazlığın qorunmasına dəstək göstərməkdir. İnstitut əməkdaşları əkilmiş meyvə tinglərinə aqrotexniki qulluq göstəriblər.

Qeyd edək ki, institut tərəfindən meyvə tinglərinin əkilməsi və digər yaşıllaşdırma təşəbbüsləri mütəmadi olaraq davam etdirilir.

Paylaş: