İnstitutun direktoru, professor İbrahim Cəfərov Novruzun mənşəyinin çox qədimlərə dayanan, xalqımızın mənəvi dünyasını, adət-ənənələrini, folklorunu özündə yaşadan ən gözəl milli bayram olduğunu bildirib.
Direktor vurğulayıb ki, son illərdə ölkəmizdə bayramların yüksək əhvali-ruhiyyə ilə qeyd olunması həm də Azərbaycanın qazandığı şanlı Qələbə, ərazi bütövlüyü və suverenliyimizin tam bərpası ilə bağlıdır ki, bu da Prezident İlham Əliyevin siyasi iradəsi və ordumuzun rəşadətinin nəticəsidir.
İbrahim Cəfəov yeni mövsümündə qarşıya qoyulan hədəflərdən bəhs edərək kollektivi Novruz bayramı münasibətilə təbrik edib, onlara firavan həyat arzulayıb.
Sonra Novruz tonqalı alovlandırılıb, hər kəs tonqal ətrafında dövrə vuraraq “Yallıı” rəqs edib.