TƏRTƏRDƏ PAMBIQ NÜMAYİŞ TARLALARINA BAXIŞ KEÇİRİLİB » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

Bitki Mühafizə və Texniki Bitkilər ETİ-nin mütəxəssisləri Ələddin Tağıyev, Mahirə Vəliyeva və Tərtər DAİM-in Bitkiçilik sektorunun müdiri Arif Behbudovun iştirakı ilə Tərtər rayonunun Qarağacı və Gülabadlı kəndlərində fermerlərin nümayiş tarlalarında baxış keçirilib.

Qarağacı kəndində fermer Namiq Musayevin 0,6 ha sahəsində nümayişə verilmiş Gəncə 160 sortu, Gülabadlı kəndində isə fermer Fuad Familzadənin 1,5 ha sahəsində əkilmiş Gəncə 160, Gəncə 183 və Gəncə 132 sortları nəzərdən keçirilib. Baxış zamanı əkin sahələrində bitkilərdə bar toplama prosesi izlənilib. Hazırda pambıq kollarında formalaşmış qozaların təxminən 30%-i təbii açılıb və avqust ayının sonuna kimi bitkilərdə olan qozaların 65–70%-nin açılması gözlənilir. Bu göstəricilər məhsuldarlığın qənaətbəxş olacağını təsdiqləyir.

Qeyd edək ki, BMTBETİ tərəfindən seleksiya olunmuş Gəncə 160, Gəncə 183 və Gəncə 132 sortları Qarabağ düzü rayonlarının (Bərdə, Tərtər, Ağdam, Ağcəbədi, Beyləqan) torpaq-iqlim şəraitinə uyğun olaraq yüksək məhsul verə bilən sortlardır. Bu sortların nümayiş tarlalarında tətbiqi fermerlər üçün müasir aqrotexniki üsulların tətbiqinə imkan yaradır və pambıqçılığın inkişafına töhfə verir.

Baxış zamanı mütəxəssislər, həmçinin pambıq sahələrində məhsuldarlığın artırılması, əkin texnologiyalarının təkmilləşdirilməsi və yerli fermerlərin təcrübə mübadiləsi ilə bağlı tövsiyələr veriblər.

Paylaş: