BMTBETİ-DƏ “LƏNKƏRAN-ASTARA İQTİSADİ RAYONUNDA SİTRUS MEYVƏÇİLİYİNİN VƏZİYYƏTİ VƏ İNKİŞAF PERSPEKTİVLƏRİ” MÖVZUSUNDA SEMİNAR KEÇİRİLİB » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

 

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda “Lənkəran-Astara iqtisadi rayonunda sitrus meyvəçiliyinin mövcud vəziyyəti və inkişaf perspektivləri”mövzusunda seminar keçirilib.

Azərbaycan Dövlət Aqrar Universitetinin dosenti, iqtisad üzrə fəlsəfə doktoru Anar Hətəmovun təqdimatı ilə keçirilən seminarda iqtisadi rayon üzrə əhalinin məşğulluğunda və gəlirlərinin formalaşmasında sahənin rolu, müxtəlif sitrus meyvələrinin istehsalı, bağların sahəsi və məhsuldarlıq göstəriciləri, intensiv bağlara verilən birbaşa subsidiyaların və digər dövlət dəstəyi tədbirlərinin sahənin inkişafına təsiri, tələbatın yerli istehsal hesabına ödənilmə səviyyəsi, qiymətlərin dinamikası, dəyər zənciri, idxalın səviyyəsi və daxili bazarın qorunması, əsas satış bazarları və ixrac imkanları, məhsulların relizasiyasında aqroturizmin rolu, emal sənayesinin inkişafı, brendləşdirmə və marketinqin zəruriliyi, bütövlükdə regionda sitrus meyvəçiliyinin inkişafının perspektiv istiqamətləri təqdim olunmuşdur.

Seminarın gedişatı zamanı BMTBETİ-nin direktoru İbrahim Cəfərov  sitrus meyvə bitkilərinin xəstəlik və zərərvericiləri barədə məlumat verib, gələcəkdə Lənkəran-Astara istisadi rayonlarında bu istiqamətdə intensiv elmi-tədqiqat işlərinin aparılmasına ehtiyac olduğunu vurğulayıb.

Seminarın sonunda  mövzu ətrafında diskussiya və qarşılıqlı müzakirələr aparılmış, seminar iştirakçılarının sulları cavblandırılmışdır.

Paylaş: