BMTBETİ-DƏ ÜZÜM SORTLARININ XƏSTƏLİK VƏ ZƏRƏRVERİCİLƏRƏ DAVAMLILIĞI ÖYRƏNİLİB » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

 

Bu gün Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun bir qrup əməkdaşı institutun təcrübə sahəsində – təxminən 1 hektar ərazini əhatə edən üzüm bağında məhsul yığımından əvvəl müxtəlif sortların xəstəlik və zərərvericilərə qarşı davamlılıq göstəricilərini tədqiq etmişdir.

Bağda həm yerli, həm də introduksiya olunmuş olmaqla ümumilikdə 22 üzüm sortu yetişdirilir. Cari vegetasiya ilində müşahidə olunan qeyri-sabit və mürəkkəb hava şəraitinə baxmayaraq, aparılan müşahidələr göstərmişdir ki, minimal kimyəvi müdaxilə ilə bir çox əsas xəstəliklərə – mildyu (Plasmopara viticola), külləmə (Erysiphe necator), boz çürümə (Botrytis cinerea) və antraknoz (Elsinoe ampelina), eləcə də zərərvericilərdən üzüm tor gənəsi (Eotetranychus pruni), salxım yarpaqbükəni (Lobesia botrana), iki uçuqlu üzüm yarpaqbükəni (Eupoecilia ambiguella) və türk skosarı (Otiorrhynchus turca) qarşı sortlarda mülayim davamlılıq müşahidə olunmuşdur.

Alınan nəticələr gələcəkdə daha geniş miqyasda – böyük fermer təsərrüfatlarında da sınaqdan keçiriləcək və praktik tətbiqi üçün imkanlar araşdırılacaq.

 

Paylaş: