BMTBETİ-NİN GƏNC TƏDQİQATÇILARINDAN NÖVBƏTİ ELMİ UĞUR » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun (BMTBETİ) gənc tədqiqatçılarının elmi potensialının artırılması istiqamətində növbəti uğur əldə olunub. İnstitutun iki gənc əməkdaşı — Samirə Avazova “Fitopatologiya”, Sevil Mehdiyeva isə “Bitkilərin mühafizəsi” ixtisası üzrə fəlsəfə doktoru proqramı çərçivəsində minimum imtahanları uğurla veriblər.

Gənc tədqiqatçıların əldə etdiyi bu nailiyyət institutda aparılan elmi fəaliyyətin və kadr potensialının inkişafına göstərilən diqqətin növbəti nəticəsi kimi qiymətləndirilir. Minimum imtahanları uğurla vermələri onların elmi bilik və bacarıqlarının təsdiqi olmaqla yanaşı, aqrar elmin aktual istiqamətləri üzrə apardıqları dissertasiya tədqiqatlarının növbəti mərhələyə keçməsi üçün əlverişli şərait yaradır.

İnstitut rəhbərliyi və kollektivi gənc əməkdaşları bu mühüm mərhələni uğurla başa vurmaları münasibətilə təbrik edir, onlara gələcək elmi fəaliyyətlərində, dissertasiya tədqiqatlarında və müdafiə prosesində uğurlar arzulayır.

 

Paylaş: