BMTBETİ İLƏ AR ETN FİZİKA İNSTİTUTUNUN ƏMƏKDAŞLIĞI ÇƏRÇİVƏSİNDƏ BİRGƏ TƏDQİQAT İŞLƏRİ APARILIR » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

 

KTN Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu ilə AR ETN Fizika İnstitutunun əməkdaşlığı çərçivəsində birgə tədqiqat işləri aparılır.

“İnnovativ yanaşma əsasında pambıq toxumlarının səpinqabağı yüksək gərginlikli, mikro saniyəli impuls boşalması ilə aktivləşdirilməsinin məhsuldarlığa təsiri” mövzusunda aparılan tədqiqat işinin ilkin mərhələləri yekunlaşıb.

Təcrübə zamanı Fizika İnstitutunda BMTBETİ-nin seleksiya nəaliyyəti olan Gəncə-183 sortunun toxum nümunələri üzərində innovativ emal prosesi həyata keçirilib. Təcrübə atmosfer təzyiqi və otaq temperaturunda, 10–11 kV diapazonunda impuls gərginliyi altında aparılıb, pambıq toxumlarına impuls qaz boşalması zamanı yaranan güclü elektrik sahəsi, xüsusi impuls gərginlik generatoru vasitəsilə tətbiq olunaraq səpinə hazırlanıb.

BMTBETİ-nin təcrübə sahəsində impuls qaz boşalması ilə təsir göstərilmiş toxum nümunələrinin nəzarət variantı ilə birgə səpin işləri həyata keçirilib. Səpin uzunluğu 30 m olan 4 cərgəli ləklərdə, 5 variant – 3 təkrarda, ümumilikdə 2268 kv.m sahədə aparılıb.

Növbəti mərhələdə toxumların cücərmə qabiliyyətinə, enerjisinə və bitkinin inkişafına təsirini qiymətləndirmək məqsədilə fenoloji müşahidə və analizlərin aparılması nəzərdə tutulub.

Paylaş: