
Növbəti elmi uğur!
“Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu”nun aparıcı alimlərinin növbəti birgə tədqiqat işi dünyanın ən nüfuzlu elmi bazalarından olan “Scopus”-da indeksləşən beynəlxalq jurnalda dərc olunmuşdur.
İnstitutumuzun aqrar elmlər doktoru Ələddin Tağıyev və doktorant İntizar Zeynalovanın həmmüəllifi olduğu elmi məqalə “Genetic Differentiation of Populations of Three Megalopolises by DNA Markers of the Y-Chromosome in Connection with the Problem of Developing Genetics Databases” jurnalında işıq üzü görmüşdür.
Məqalənin adı: “Mutagenic Variations in Four Successive Generations of Cotton Varieties from Gamma Ray Treated Seeds” (Qamma şüalarının pambıq toxumuna təsirindən alınmış dörd ardıcıl nəsildə mutasiya dəyişkənliyinin öyrənilməsi”)
Tədqiqat işində toxumların səpindən əvvəl qamma şüaları ilə işlənməsinin pambıq bitkisinin cücərmə faizinə, keyfiyyət göstəricilərinə və məhsuldarlığına təsiri geniş şəkildə tədqiq edilmişdir. Eyni zamanda, araşdırma çərçivəsində müxtəlif ətraf mühit amillərinə davamlı mutant pambıq formalarının alınma imkanları öyrənilmiş və mühüm elmi nəticələr əldə olunmuşdur. Bu nəticələr pambıqçılıqda innovativ üsullarla yüksək məhsuldar və dözümlü sortların yetişdirilməsi üçün böyük əhəmiyyət kəsb edir.
İnstitutumuzun rəhbərliyi və kollektivi adından hörmətli alimimiz Ələddin müəllimi və gənc tədqiqatçımız İntizar xanımı bu mühüm elmi nailiyyət münasibətilə ürəkdən təbrik edir, respublikamızın aqrar elminin inkişafı yolunda yeni-yeni uğurlar arzulayırıq!
Məqalə ilə tanış olmaq üçün keçid: https://www.lidsen.com/journals/genetics/genetics-10-03-347
