Bitki Mühafizə və Texniki Bitkilər ETİ-nin mütəxəssisləri tərəfindən mövzular planına uyğun olaraq zərərli orqanizmlərin inkişaf dinamikasının müşahidəsi, yayılmasının qarşısının alınması və mübarizə tədbirlərinin təşkili məqsədilə fitosanitar müşahidələr aparılıb.
Göygöl rayon Quşqara kəndində yerləşən meyvə bağlarında aparılan müşahidələr nəticəsində iqlim amillərindən asılı olaraq, bağda zərərverici və xəstəlik törədicilərinin fəaliyyətinin artması müşahidə olunub. Beləki, albalı və gilas ağaclarında zərərvericilərdən – albalı mənənəsi, alma güvəsi, armud bağacığı, eyni zamanda xəstəliklərdən çəyirdəklilərin klasterosporiozu və ya deşikli ləkəliyi, çəyirdəklilərin kitrə buraxması və ya hommozu kimi zərərli orqanizmlərlə sirayətlənmə halları aşkar edilib.
Mübarizə məqsədilə stasionar meyvə bağında aşkar edilmiş zərərvericilərə qarşı insektisidlə, xəstəliklərə qarşı isə funqisidlə çiləmə aparılmışdır.
Elmi- tədqiqat işləri davam edir.