BMTBETİ-də Azərbaycanda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar olaraq “Əlverişsiz Hava Şəraitinin Törətdiyi Fəsadlar və Onların Qarşısının Alınması Yolları” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə şöbə müdiri Qabil Bayramov çıxış edərək, hava şəraitinin kəskin dəyişməsi ilə kənd təsərrüfatında müşahidə olunan qlobal probemlərdən və bu istiqamətdə qarşısında duran vəzifələrdən danışıb.
Gülcamal Ələsgərova çıxışında bildirib ki, son illər dünyada ekoloji tarazlığın pozulması bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da bu sahəyə diqqətin artırılmasını zəruri edib.
Daha sonar dəyirmi masa gənc tədqiqatçıların müzakirəsi ilə davam edib.