“FİTOPATOGEN GÖBƏLƏKLƏR KƏND TƏSƏRRÜFATI BİTKİLƏRİNİN XƏSTƏLİK TÖRƏDİCİLƏRİDİR” MÖVZUSUNDA TƏLİM KEÇİRİLİB » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

Bitki Mühafizə və Texniki Bitkilər ETİ-də növbəti təlim professor İbrahim Cəfərovun təqdimatında baş tutub. “Fitopatogen göbələklər kənd təsərrüfatı bitkilərinin xəstəlik törədiciləridir” mövzusunda keçirilən təlim əyani və onlayn formatda təşkil olunub.

Kənd təsərrüfatı sahəsində müasir yanaşmaların və elmi biliklərin tətbiqinin genişləndirilməsi məqsədilə keçirilən təlimdə fitopatogen göbələklərin yayılma yolları, onların bitkilərə vurduğu zərər və effektiv mübarizə üsulları haqqında ətraflı məlumat verilib.

Bundan əlavə, müasir biotexnoloji və aqrokimyəvi metodların tətbiqi ilə bağlı vacib tövsiyələr səsləndirilib, fitopatogen göbələklərlə mübarizədə inteqrir yanaşmanın əhəmiyyəti vurğulanaraq, bu sahədə yeni elmi nailiyyətlər və praktiki həll yolları barədə müzakirələr aparılıb.

Paylaş: