GƏNCƏ DÖVLƏT AQRAR KOLLECİNİN TƏLƏBƏLƏRİ BMTBETİ-DƏ İSTEHSALAT TƏCRÜBƏSİNİ DAVAM ETDİRİRLƏR » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda Azərbaycan Dövlət Aqrar Universiteti (PHŞ) nəzdində fəaliyyət göstərən Gəncə Dövlət Aqrar Kollecinin “Aqronomluq” ixtisası üzrə təhsil alan tələbələrinin istehsalat təcrübəsi uğurla davam edir.

Təcrübə proqramı çərçivəsində tələbələr üçün nəzəri və praktiki məşğələlər təşkil edilir. Praktikantlar institutun mütəxəssislərinin müşayiəti ilə pambıq əkin sahələrində və meyvə bağlarında aparılan aqrotexniki tədbirlərlə yaxından tanış olur, bitkilərin becərilməsi, qulluq qaydaları və sahələrdə aparılan müşahidələr barədə ətraflı məlumat əldə edirlər.

Keçirilən sahə məşğələləri zamanı tələbələr bitkilərdə müşahidə olunan xəstəlik və zərərvericilərin müəyyənləşdirilməsi, onların yayılma xüsusiyyətləri və mübarizə üsulları barədə praktiki biliklər qazanırlar. Eyni zamanda, onlara bitki mühafizəsində tətbiq olunan müasir yanaşmalar və monitorinq üsulları izah olunur. İstehsalat təcrübəsi zamanı tələbələr mikroskop vasitəsilə müxtəlif xəstəlik və zərərvericilərin təyin olunması prosesi ilə də yaxından tanış olurlar.

Keçirilən təlim və praktiki məşğələlər tələbələrin nəzəri biliklərinin möhkəmləndirilməsinə, aqrar sahə üzrə praktiki bacarıqlarının artırılmasına və gələcək peşə fəaliyyətlərinə hazırlanmasına mühüm töhfə verir.

Paylaş: