Bitki Mühafizə və Texniki Bitkilər ETİ-nin əməkdaşları xurma bitkisinin xəstəliklərinin növ tərkibinin öyrənilməsi, onlara qarşı kompleks mübarizə tədbirləri sisteminin işlənilməsi məqsədilə Göyçay rayonunun bir neçə kəndində marşrut müşahidələr aparıblar. Müşahidələr zamanı laborator müayinələr məqsədilə zamanı simptomlu bitki hissələrindən nümunələr götürülüb.
Fermerlərə zəruri aqrotexniki və kimyəvi tədbirlərin görülməsi barədə geniş məlumatlar verilib.
Fermerlərə həlqəvi yarpaq ləkəliyi Mycosphaerella nawae haqqında bukletlər paylanmışdır.