GÖYGÖL RAYONUNUN MÜXTƏLİF KƏNDLƏRİNDƏ NÖVBƏTİ FİTOSANİTAR MONİTORİNQLƏR APARIBLAR » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

Monitorinqlərin əsas məqsədi mövcud fitosanitar vəziyyətin dinamik şəkildə izlənilməsi, zərərli orqanizmlərin vaxtında aşkar olunması və fermerlər üçün səmərəli mübarizə tədbirlərinin vaxtında tətbiqinin təmin edilməsidir.

Aparılan müşahidələr zamanı müxtəlif zərərverici orqanizmlər və xəstəliklər müəyyən edilmişdir. Belə ki, alma bağlarında unlu şeh və monilioz xəstəlikləri, alma meyvəyeyəni və alma qanlı mənənəsi, nar ağaclarında nar mənənəsi, fındıq bağlarında isə qəhvəyi mərmər bağacığı qeydə alınmışdır. Bundan əlavə, selikli mişarçı və ağ cırcıramacıq kimi zərərvericilər, eləcə də çəyirdəkli meyvə bitkilərində kitrə axını xəstəliyi geniş yayılmışdır.

Monitorinq çərçivəsində mütəxəssislər fermerlərlə yerində görüşlər keçirmiş, müşahidə olunan zərərverici və xəstəliklərlə bağlı onlara elmi əsaslara söykənən tövsiyələr vermişlər. Görüşlər zamanı iqlim şəraitinə uyğun olaraq aqrotexniki qaydalara əməl edilməsinin və kimyəvi mübarizə tədbirlərinin düzgün və vaxtında aparılmasının əhəmiyyəti xüsusi olaraq vurğulanmışdır.

 

Paylaş: