GÜNƏBAXAN ƏKİNLƏRİNDƏ ZƏRƏRVERİCİLƏRƏ QARŞI MÜAYİNƏLƏR APARILIR » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

Günəbaxan əkinlərində zərərvericilərin növlərinin müəyyən edilməsi, onların inkişaf dinamikasının izlənməsi və vaxtında effektiv mübarizə tədbirlərinin aparılması üçün müayinə aparılır. Qeyd edək ki, bu müşahidələr mövzular planına uyğun olaraq elmi-tədqiqat işi əsasında həyata keçirilir.

Tədqiqat üçün stasionar təcrübə sahəsi kimi Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun (BMTBETİ) günəbaxan əkin sahəsi seçilmişdir. Aparılan müşahidələr nəticəsində çəmən kəpənəyi,  tarla bağacığı, yaşıl bağacıq kimi zərərverici növləri qeydə alınmışdır:

Hazırda tədqiqatçılar bu zərərvericilərin inkişaf mərhələlərini yaxından izləyir, onların təsərrüfata vura biləcəyi potensial zərəri qiymətləndirir və əldə olunan nəticələr əsasında müvafiq mübarizə tədbirlərinin həyata keçirilməsini təmin edirlər.

Paylaş: