
Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda “Günəbaxan bitkisinin optimal becərmə aqrotexnologiyası” mövzusunda təlim təşkil olunub. Təlim institutun əməkdaşı İsmayıl Nəbiyev tərəfindən keçirilib.
Tədbir həm onlayn (Zoom platforması üzərindən), həm də əyani formatda baş tutub. Gəncə Dövlət Universiteti və Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri təlimdə əyani şəkildə iştirak ediblər.
Təlim zamanı günəbaxan bitkisinin yüksək məhsuldarlığa nail olmaq üçün düzgün torpaq seçimi, növbəli əkin sisteminin tətbiqi, torpağın hazırlanması, səpin müddəti və norması, gübrələmə sistemi, suvarma qaydaları, eləcə də məhsulun yığımı və saxlanması ilə bağlı ətraflı məlumat verilib. Müasir aqrotexniki yanaşmalar və praktik tövsiyələr iştirakçıların diqqətinə çatdırılıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında müzakirələr aparılıb.


