“HƏŞARATLARIN BİOLOGİYA VƏ EKOLOGİYASI” MÖVZUSUNDA NÖVBƏTİ TƏLİM KEÇİRİLİB » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

“Bitki mühafizəsi” təlimləri çərçivəsində “Həşaratların biologiya və ekologiyası” mövzusunda növbəti təlim keçirilib.

Təlimdə əyani iştirakçılarla yanaşı, 30 nəfərə yaxın iştirakçı isə təlimə onlayn formada qoşulub.

Təlim Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun əməkdaşı, biologiya elmləri üzrə fəlsəfə doktoru Qabil Bayramovun təqdimatında təşkil olunub.

Təlimdə həşəratlarda çoxalma yolları, inkişaf mərhələləri, həşəratlarda orqanizmin ekologiyasının öyrənilmə səviyyələri, mühitin ekoloji amilləri və onların həşərat orqanizminə təsiri, fizioloji uyğunlaşmalar və digər mövzularda ətraflı təqdimat edilib və interaktiv müzakirələr aparılıb. Müzakirələr zamanı iştirakçılar təmsil etdikləri qurumun təcrübəsini bölüşüb, suallar və təkliflər səsləndiriblər.

Paylaş: