
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun (BMTBETİ) elmi-təcrübə bazasında əkilmiş pambıq sahələrində mövsümi becərmə və aqrotexniki qulluq işləri institutumuzun mütəxəssisləri tərəfindən uğurla davam etdirilir.
Hazırda pambıq bitkisinin mühüm inkişaf mərhələlərindən olan şaxələnmə və qönçələmə dövrü ilə əlaqədar olaraq, əməkdaşlarımız tərəfindən sahələrdə kompleks tədbirlər icra olunur. Belə ki, pambıq əkinlərində cərgəaralarının kultivasiyası, torpağın rütubətini qorumaq üçün yumşaldılması, alaq otlarına qarşı təmizləmə və növbəti vegetasiya suvarılmasına hazırlıq işləri elmi əsaslarla və vaxtında yerinə yetirilir.
Eyni zamanda, əkin sahələrində ümumi sahə baxışları keçirilir və bitkilərin inkişaf dinamikası daimi nəzarətdə saxlanılır. Təcrübə sahələrində aparılan bu davamlı becərmə tədbirləri gələcəkdə həm elmi-tədqiqat işlərinin uğurlu nəticələnməsinə, həm də yüksək pambıq məhsuldarlığının əldə olunmasına zəmin yaradır.




