“KONSTİTUSİYA VƏ SUVERENLİK İLİ” ELAN OLUNMASI İLƏ BAĞLI DƏYİRMİ MASA KEÇİRİLİB » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması ilə bağlı Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda dəyirmi masa keçirilib.

Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan institutun direktoru, professor İbrahim Cəfərov Prezident İlham Əliyevin 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması ilə bağlı Sərəncamının dövlətçilik tariximiz, qanunlarımız, eləcə də suverenliyimizin bərpası prosesinin dərindən öyrənilməsi və geniş təbliği baxımından əhəmiyyətini diqqətə çatdırıb. Direktor tarixə nəzər salaraq Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra çətin sınaqlardan keçdiyini, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyə yenidən gəlməsi ilə ölkənin möhkəmləndiyini və böyük inkişaf yoluna qədəm qoyduğunu qeyd edib. Həmçinin Ulu Öndərin rəhbərliyi ilə hazırlanan və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilən ilk Konstitusiyanın ölkəmizdə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğuna baza yaratdığını vurğulayıb.

İnstitutun şöbə müdiri Qabil Bayramov “44 günlük savaş suverenliyimizin bərpasına aparan yoldur” mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, 27-sisentyabr tarixi Zəfərimizə, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsinə gedən yolun başlanğıcı oldu.

Nigar Qədimova “Konstitusiya və suverenlik” mövzusunda çıxış edərək bildirib ki, “Konstitusiya və Suverenlik İli” dövlətin hüquqi əsaslarının möhkəmləndirilməsi, dövlət suverenliyinin daha da gücləndirilməsi məqsədi daşıyır. İstənilən xalq üçün müstəqil, suveren dövlətini yaratmaq və onu inkişaf etdirmək ən böyük nailiyyət olduğunu vurğulayıb.

Qərib Məmmədov “Heydər Əliyev və Konstitusiya” mövzusnda məruzəsində bildirib ki, Ulu öndər Heydər Əliyevin Konstitusiyanın hazırlanmasında, qəbul edilməsində gərgin liderlik əməyi və töhfəsi danılmazdır.

Paylaş: