Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev və nümayəndə heyəti Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat Universitetində qonaq olub.
Görüşdə əsas məqsəd hər iki qurum arasında tanışlıq və əməkdaşlıq imkanlarının müzakirəsi oldu.
İnstitutun direktoru, professor İbrahim Cəfərov qonaqları institutda görməkdən məmnun olduğunu bildirib. Görüş zamanı direktor qonaqlara institutun tarixi, fəaliyyəti, maddi-texniki bazası, əldə etdiyi uğurlar və qarşıya qoyulan hədəflər, eyni zamanda aparılan elmi-tədqiqat işləri, həyata keçirilən layihələr barədə məlumat verib. NDU ilə əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyini vurğulayan direktor bugünkü görüşün əməkdaşlıq üçün daha geniş, böyük imkanlar açacağına, mövcud münasibətlərin inkişafına müsbət təkan verəcəyinə əmin olduğunu bildirib.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev səmimi qarşılanmaya və xoş sözlərə görə təşəkkürünü bildirib, birgə əməkdaşlıq, ortaq elmi-tədqiqat fəaliyyəti görülən işlər barədə məlumat verib. Rektor qeyd edib ki, elmi əməkdaşlıq və tərəfdaşlıq münasibətləri elmi təcrübənin bölüşməsi baxımından əhəmiyyətlidir.
Görüşdə müzakirə olunan məsələlər kadr potensialının hazırlığı rolu önə çəkilib.
Rəsmi görüşdən sonra rektor Elburus İsayev İnstitutun kollektivi ilə görüşüb. Rektor Tədbir iştirakçılarının təklifləri dinlənləyib, suallarını ətraflı cavablandırdı. Hazırki vəziyyət və gələcək əməkdaşlıq imkanlarından söz açıb.
Sonda qarşılıqlı xatirə hədiyyələri təqdim edilib.