QƏHVƏYİ MƏRMƏR BAĞACIĞININ YAYILMA AREALININ ÖYRƏNİLMƏSİ MƏQSƏDİLƏ MARŞRUT MÜAYİNƏLƏR HƏYATA KEÇİRİLİB » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

 

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun mütəxəssisləri tərəfindən qəhvəyi mərmər bağacığının yayılma arealının inkişaf dinamikasının öyrənilməsi, törətdiyi zərərin müəyyənləşdirilməsi və onun təbii düşmənlərinin araşdırılması məqsədilə sahə tədqiqatları həyata keçirilir.

Tədqiqat çərçivəsində Qazax rayonunun seçilmiş kəndlərində yerləşən fındıq bağlarında aparılan genişmiqyaslı marşrut müayinələri zamanı qəhvəyi mərmər bağacığına rast gəlinməyib. Bu nəticələr sözügedən ərazilərdə zərərvericinin hazırda yayılmadığını və bitki təsərrüfatı üçün ciddi risk yaratmadığını göstərir.

Bununla yanaşı, institutun mütəxəssisləri yerli fermerlər və bağbanlarla əməkdaşlıq çərçivəsində zərərvericinin erkən aşkarlanması və qarşısının alınması istiqamətində maarifləndirmə tədbirləri həyata keçirirlər. Bu tədbirlər kənd təsərrüfatı sahəsində profilaktik tədbirlərin gücləndirilməsinə və məhsuldarlığın qorunmasına xidmət edir.

Paylaş: