
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun əməkdaşları tərəfindən yaradılmış yeni pambıq sortlarına görə müvafiq patentlər alınmışdır.
Seleksiyaçı alimlər tərəfindən uzunmüddətli elmi-tədqiqat və seleksiya işlərinin nəticəsi olaraq yaradılmış 6 pambıq sortu — Gəncə-205, Gəncə-219, Gəncə-226, Gəncə-244, Gəncə-274 və Gəncə-294 respublika ərazisində rayonlaşdırılmış və onlara müvafiq qaydada patent verilmişdir.
Adıçəkilən sortlar yüksək məhsuldarlıq göstəriciləri, xəstəlik və zərərvericilərə davamlılıq, həmçinin müxtəlif torpaq-iqlim şəraitlərinə uyğunlaşma xüsusiyyətləri ilə seçilir. Bu sortların istehsalata tətbiqi pambıqçılıq sahəsində məhsuldarlığın artırılmasına, xammal keyfiyyətinin yaxşılaşdırılmasına və aqrar sahədə dayanıqlı inkişafın təmin olunmasına mühüm töhfə verəcəkdir.
Qeyd edilən elmi nailiyyət ölkədə aqrar elmin inkişafı, innovativ seleksiya metodlarının tətbiqi və yerli genetik ehtiyatların zənginləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.



