TƏCRÜBƏ SAHƏLƏRİNDƏ ZƏRƏRLİ ORQANİZMLƏRİN FİTOSANİTAR MONİTORİNQİ HƏYATA KEÇİRİLMİŞDİR » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun əməkdaşları tərəfindən institutun təcrübə sahələrində zərərli orqanizmlərə qarşı mütəmadi monitorinq tədbirləri həyata keçirilir. Aparılan müşahidələr zamanı kənd təsərrüfatı bitkilərində rast gəlinən zərərvericilər, xəstəliklər və alaq otlarının yayılma səviyyəsi qiymətləndirilir, ümumi fitosanitar vəziyyət təhlil olunur.

Monitorinqin əsas məqsədi bitkilərin inkişaf mərhələlərinə uyğun olaraq potensial risklərin vaxtında müəyyən edilməsi, məhsuldarlığa mənfi təsir göstərə biləcək amillərin aşkar olunması və zəruri mübarizə tədbirlərinin elmi əsaslarla planlaşdırılmasına dəstək göstərməkdir.

Mütəxəssislər tərəfindən əkin sahələrində aparılan müayinələr zamanı müxtəlif bitki nümunələri üzərində ətraflı müşahidələr aparılır, zərərli orqanizmlərin yayılma intensivliyi öyrənilir və ilkin fitosanitar qiymətləndirmələr həyata keçirilir. Bununla yanaşı, sahələrin aqrotexniki vəziyyəti də kompleks şəkildə təhlil olunur.

İnstitut tərəfindən həyata keçirilən bu tip monitorinq işləri kənd təsərrüfatı bitkilərinin sağlam inkişafının təmin olunmasına, məhsul itkisi risklərinin minimuma endirilməsinə və fitosanitar təhlükəsizliyin qorunmasına xidmət edir. Gələcək dövrlərdə də bu fəaliyyətlərin davam etdirilməsi və əldə olunan nəticələr əsasında müvafiq qabaqlayıcı və müdaxilə tədbirlərinin görülməsi nəzərdə tutulur.

 

Paylaş: