TƏLƏBƏLƏR BİTKİ MÜHAFİZƏ VƏ TEXNİKİ BİTKİLƏR ELMI-TƏDQİQAT İNSTİTUTUNDA İSTEHSALAT TƏCRÜBƏSİ KEÇİRLƏR » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

Gəncə Dövlət Universitetinin “Ekologiya” və “Ekologiya mühəndisliyi” ixtisasları üzrə, həmçinin Azərbaycan Dövlət Aqrar Universitetinin “Bitki mühafizəsi” ixtisası üzrə təhsil alan tələbələr Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda istehsalat təcrübəsi keçirlər.

Təcrübə proqramı çərçivəsində tələbələr üçün müxtəlif istiqamətlər üzrə təlimlər keçirilir. Onlar taxıl sahələrində aparılan müşahidə və monitorinq işləri ilə tanış olur, laboratoriyada aparılan analiz prosesləri haqqında məlumat əldə edir, həmçinin istixanada bitkilərin becərilməsi və mühafizəsi sahəsində praktiki biliklərini artırırlar.

Bu təcrübə və təlimlər tələbələrin nəzəri biliklərini praktik fəaliyyətlə möhkəmləndirməsinə və gələcək peşə fəaliyyətlərinə daha hazırlıqlı olmalarına şərait yaradır.

Paylaş: