“TARİX YAZAN ƏBƏDİYAŞAR LİDER” MÖVZUSUNDA TƏDBİR KEÇİRİLİB » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Bitki Mühafizə və Texniki Bitkilər ETİ-də  “Tarix yazan əbədiyaşar lider” mövzusunda dəyirmi masa təşkil olunub.

Bitki Mühafizə və Texniki Bitkilər ETİ-nin əməkdaşlarının iştirakı ilə keçirilən tədbirdə İbrahim Cəfərov müasir Azərbaycan dövlətinin siyasi sisteminin formalaşmasında Ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərini diqqətə çatdırıb. Azərbaycanın ərazi bütövlüyü, azadlığı uğrunda canından keçənlərin heç zaman unudulmayacağını, Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin Azərbaycan Respublikasını dünya dövlətləri içərisində sözünü deyən dövlətə çevrilməsi istiqamətində yorulmaz fəaliyyətini, qələbə ilə nəticələnən uğurlu siyasətini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

“Heydər Əliyev əbədiyaşar liderdir” mövzusu ilə çıxış edən dosent Fərmayıl Qəhrəmanov Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi,  yüksək vətənpərvərliyi  və güclü siyasi iradəsi ilə öz adını müasir Azərbaycan tarixinə əbədi həkk etdirdiyi vurğulayıb. Əbədiyaşar liderin rəhbərliyi dövründə Azərbaycanda baş vermiş intibah, milli oyanış və dövlət quruculuğundan bəhs edib, Ulu Öndərin müəllifi olduğu azərbaycançılıq ideologiyasının tarixi əhəmiyyətindən danışıb.

Namiq Əliyarov “Əsrin müqaviləsi”nin müstəqil Azərbaycanın sosial-iqtisadi inkişafında, oynadığı müstəsna roldan bəhs edib. Müasir neft siyasətimizin Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb.  

Nigar Qədimova, Fidan Əhmədova, Sevil Mehdiyeva çıxışlarında  Ümummilli Lider Heydər Əliyevin bütün fəaliyyəti boyu qabaqcıl və mütərəqqi qüvvələrə arxa, dayaq olduğunu qeyd ediblər. Bildiriblər ki,  bu gün gənclər ümummilli liderin siyasi varisi -müasir dünya siyasətini və iqtisadiyyatını dərindən bilən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşib.

 

 

Paylaş: