Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “Yerli və İntroduksiya olunmuş pambıq sortlarının intensiv becərilmə texnologiyaları, tezyetişən pambıq sortlarının seleksiyası və toxumçuluğu” mövzusunda elmi-praktik konfrans keçirilib.Konfransda Kənd Təsərrüfatı Nazirliyinin məsul işçiləri, Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi Yadigar Bədəlov, Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizə və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin rəisi Ceyhun İbrahimov, ADAU-nun professoru Nizami Seyidəliyev, dosenti Anar Hətəmov, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin, nümayəndələri, alimlər, mütəxəssislər iştirak ediblər
Konfransı giriş sözü ilə institutun direktoru professor İbrahim Cəfərov açaraq iştirakçıları salamladı, 2023-cü ilin “Heydər Əliyev İli” kimi qeyd edilməsinin Ümummilli Liderin əziz xatirəsini əbədiləşdirmək istiqamətində həyata keçirilən ən mühüm tədbirlərdən biri olduğunu qeyd edib. Bildirib ki, Ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin birinci dövründə Azərbaycan keçmiş İttifaqın geridə qalmış respublikası səviyyəsindən çıxaraq kənd təsərrüfatının kompleks inkişaf etdiyi qabaqcıl respublikalarından birinə çevrilmişdir. Ölkəmizə rəhbərlik etdiyi ilk dövrdə Ulu Öndərin səyləri nəticəsində SSRİ rəhbərliyinin diqqətindən kənarda qalmış Azərbaycanın kənd təsərrüfatını inkişaf etdirmək haqqında geniş tədbirlər planı hazırlandı. Təsadüfi deyil ki, 1969-cu ildə respublikada pambıq istehsalı ilə 450 təsərrüfat məşğul olduğu halda, daha sonrakı illərdə təsərrüfatların sayı 370-ə endirilmişdi. Eynilə əvvəl 29 rayon pambıqçılıqla məşğul olduğu halda, Heydər Əliyevin dövründə az rentabellli rayonlar başqa iş sahələrinə yönləndirilmiş, cəmi 18 rayon pambıq istehsalı ilə uğraşmışdı. Buna baxmayaraq, həmin təsərrüfatlar əvvəlkilərdən daha çox pambıq istehsal edirdilər. Beləcə, pambığın orta məhsuldarlığı hər hektarda 30,2 sentnerə çatmış və ölkə büdcəsinin 22–25 faizini pambıqçılıq təmin etməyə başlamışdı. Nə yazıq ki, Heydər Əliyev 1982-ci ildə Moskvaya getdikdən sonra məhsuldarlıq xeyli gerilədi, 1 miyon 310 min tondan 700 min tona düşdü. Daha sonrakı illərdə pambıqçılığın tamamilə tənəzzül etdiyini və ulu öndərin hakimiyyətə qayıdışından sonra hər şey yenidən qurulmağa başladığını görürük.
Mərhum prezidentin pambıqçılıq sahəsindəki addımları bununla da məhdudlaşmır. Bəzilərinin fəaliyyətini hazırda belə davam etdirdiyi xeyli sayda pambıq kombinatları, fabrikləri məhz Heydər Əliyevin ilk hakimiyyəti zamanında istifadə verilmişdi.
Bu gündə Prezident İlham Əliyevin pambıqçılığın inkişafı ilə əlaqədar ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ənənələri davam etdirir.
Məruzələr Pambıqcılıqda qlobal meyllər və onların yerli istehsala təsiri, Pambıqçılıqda mövcud problemlərin həlli yolları, İntroduksiya olunmuş pambıq sortlarının müqaqyisəli öyrənilməsi və təhlili, gübrələrin verilməsinin pambığın məhsuldarlığına təsirini, pambıq bitkisinin aqrotexnikası, xəstəlik və zərəvericiləri məsələlərini əhatə edib.



.jpg)
.jpg)
.jpg)


.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
