
“Zeytun bitkisinin əsas zərərvericiləri və onlara qarşı mübarizə üsulları” mövzusunda təlim təşkil olunub. Təlim Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun əməkdaşı Nurlana Məmmədovanın təqdimatında əyani və onlayn formatda keçirilib.
Təlimdə institutda istehsalat təcrübəsi keçən tələbələr əyani iştirak ediblər. Bununla yanaşı, ölkənin müxtəlif bölgələrindən mütəxəssislər və fermerlər onlayn formatda təlimə qoşularaq mövzu ilə bağlı məlumat əldə ediblər.
Təlim zamanı zeytun bitkisində rast gəlinən əsas zərərvericilər, onların bitkilərə vurduğu zərər, yayılma xüsusiyyətləri və bu zərərvericilərə qarşı tətbiq olunan müasir mübarizə üsulları barədə ətraflı məlumat verilib. Eyni zamanda zərərvericilərin vaxtında aşkarlanması, profilaktik tədbirlərin görülməsi və inteqrir mübarizə üsullarının tətbiqi ilə bağlı praktiki tövsiyələr təqdim olunub.
İnteraktiv şəkildə keçirilən təlim çərçivəsində iştirakçıları maraqlandıran suallar cavablandırılıb, zeytun bitkisinin qorunması və məhsuldarlığın artırılması istiqamətində vacib məqamlar diqqətə çatdırılıb. Təlim iştirakçılar tərəfindən maraqla qarşılanıb və bu cür maarifləndirici tədbirlərin əhəmiyyəti vurğulanıb.


