“ƏKİNÇİLİYİN VƏ BİTKİÇİLİYİN ƏSASLARI” ADLI YENİ KİTAB NƏŞR OLUNUB » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda “Əkinçiliyin və Bitkiçiliyin Əsasları” adlı yeni kitab nəşr olunub.

İnstitutun əməkdaşı, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Mahirə Vəliyevanın müəllifliyi ilə nəşr olunmuş kitabda dərs vəsaitində rəqabət qabiliyyətli məhsul istehsalının intensivləşdirilməsinə, torpaqdan səmərəli istifadəyə, bitkilərin yaşayış amilləri və onların nizamlanma yollarına, alaq bitkilərinin əsas nümayəndələri və onlara qarşı mübarizə tədbirlərinə, eləcə də əkinçilik sistemlərinin nəzəri, metodoloji qaydaları və onların qurulmasının elmi-praktiki əsaslarına dair geniş məlumatlar öz əksini tapmışdır. Bundan əlavə, tarla bitkilərinin bioloji xüsusiyyətləri və onların becərilmə texnologiyaları müzakirə olunur. Aralıq bitkilərə dair materiallar, torpaqların rekultivasiyası, minimal torpaq becərmələri, yeni yem bitkiləri, məhsulların proqramlaşdırılması, bitkilərin intensiv texnologiya ilə becərilməsi məsələləri şərh edilmişdir. Kitab aqronomluq, aqromühəndislik, aqrar iqtisadiyyat istiqamətli bütün ixtisaslar üzrə tələbələr, doktorantlar, müəllimlər və respublikada kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan torpaq mülkiyyətçiləri üçün nəzərdə tutulmuşdur.

Qeyd edək ki, kitab Beynəlxalq Elmi Kitabxana və İngiltərədə Crossref təşkilatı bazasında yayımlanıb.

Paylaş: