18 OKTYABR-DÖVLƏT MÜSTƏQİLLİYİ GÜNÜ QEYD OLUNUB » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

Bitki Mühafizə və Texniki Bitkilər ETİ-də 18 oktyabr-Dövlət Müstəqilliyi Günü qeyd olunub.

Ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə BMTBETİ-nin direktoru İbrahim Cəfərov Müstəqillik Günü münasibətilə tədbir iştirakçılarını təbrik edərək, bu tarixə qısa nəzər salıb. Bildirib ki, ölkənin müstəqilliyi hər bir vətəndaşdan və onun müstəqilliyindən başlayır. Bir əsrdə iki dəfə müstəqillik qazanan Azərbaycan xalqı azad və müstəqil dövlətin vətəndaşları olduğu üçün xoşbəxt xalqdır. Direktor Ulu öndərin əsasını qoyduğu dövlət müstəqilliyinin onun sadiq davamçısı cənab Prezident İlham Əliyev tərəfindən daha da möhkəmləndiyini diqqətə çatdırıb.

Tədbirdə çıxış edən şöbə müdiri Qabil Bayramov azadlıq və müstəqilliyin hər bir vətəndaş üçün, millət üçün əvəzolunmaz nemət, xeyirxahlıq təcəssümü olduğunu qeyd edərək, müstəqilliyin bərpası uğrunda aparılan azadlıq mübarizəsindən bəhs edib. Ümummilli lider Heydər Əliyevin müstəqil dövlətçiliyimizin möhkəmləndirilməsində, cəsarətli qərarlar qəbul edərək unitar, hüquqi, demokratik və dünyəvi Azərbaycan dövlətinin qurulmasında əvəzsiz xidmətlərindən danışıb.

Daha sonra şıxış edənlər Ulu öndər Heydər Əliyevin Azərbaycanın qüdrətli dövlətə çevrilməsinə yönəlmiş müdrik siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd ediblər. Vurğulayıblar ki, Azərbaycan gündən-günə daha da güclənir, qüdrətlənir.

 

 

Paylaş: