2 FEVRAL-GƏNCLƏR GÜNÜNƏ HƏSR OLUNAN TƏDBİR KEÇİRILİB » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

Bitki Mühafizə və Texniki Bitkilər ETİ-də 2 fevral-Gənclər Gününə həsr olunan tədbir keçirilib.
İnstitutun direktoru İbrahim Cəfərov bildirib ki, Ümummilli lider Heydər Əliyev tərəfindən 1997-ci il fevralın 2-də imzalanan Fərmana əsasən, hər ilin 2 fevral tarixi ölkədə “Gəncləri Günü” kimi qeyd edilir. Ulu Öndərin gənclərə göstərdiyi yüksək diqqət və qayğının Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirildiyini bildirən İbrahim Cəfərov bu gün uzun illər düşünülmüş doğru ideologiyanın bəhrəsi olan dövlətinə, xalqına sadiq təhsilli və vətənpərvər gəncliyin formalaşdığını söyləyib. Diqqətə çatdırıb ki, məhz həmin gəncliyin vətən sevgisi nəticəsində 44 günlük Vətən müharibəsində torpaqlarımız Ali Baş Komandanın liderliyində düşmən işğalından azad edildi. Uzun illərdən sonra ilk dəfə olaraq bütün ölkə ərazisində üçrəngli bayrağımız dalğalanır.

Direktor qeyd edib ki, institut daxilində də da gənclərin aktiv fəaliyyəti və onların stimullaşdırılması istiqamətində müxtəlif layihə və tədbirlərə cəlb olunduqlarını, xarici ezamiyyələrə göndərildiklərini bildirib.
Sonda institutda fəaliyyət göstərən gənclərə bayram münasibətilə çiçəklər hədiyyə edilib.

Paylaş: