28 MAY – MÜSTƏQİLLİK GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

Bitki Mühafizə və Texniki Bitkilər ETİ-də  28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə İnstitutun direktoru Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə nəzər salıb. Direktor qeyd edib ki, 106 il əvvəl – 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla müstəqilliyimizi dünyaya bəyan etdi: “Fəaliyyət göstərdiyi 23 ay ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradıldı, dövlət atributları təsis olundu, sərhədləri müəyyən edildi, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirildi. Cümhuriyyətin beynəlxalq münasibətlər sisteminin subyekti kimi tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atıldı. Cümhuriyyət parlamentinin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynadı. Xalq Cümhuriyyəti təkcə Azərbaycanda deyil, müsəlman Şərqində, Türk və İslam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsidir”.

İbrahim Cəfərov bildirib ki, Ümummilli Lider Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə mühüm yeri olan Azərbaycan Xalq Cümhuriyyətinin xidmətlərini hər zaman yüksək qiymətləndirib. 2018-ci ildə Prezident İlham Əliyev “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” sərəncam imzalayıb, 2019-cu il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilib, respublikamızda və onun hüdudlarından kənarda silsilə tədbirlər keçirilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə demokratik, hüquqi, dünyəvi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesi müvəffəqiyyətlə davam etdirilir, respublikamızda siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı inkişaf edir. Müstəqil, qüdrətli, ərazi bütövlüyünü təmin etmiş Azərbaycanın həyatında yeni səhifələr açılır.

Daha sonra İnstitutun elmi katbi Məryəm Bağırova, Şöbə müdirləri Qabil Ələkbərov, Günel Əliyeva və digər əməkdaşalrı çıxış ediblər. Çıxışlarda müstəqil Azərbaycanın Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrini uğurla davam etdirdiyi və yeni çalarlarla daha da zənginləşdirdiyi qeyd olunub.

 

Paylaş: