31 MART – AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ İLƏ BAĞLI TƏDBİR KEÇİRILİB » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

Bitki Mühafizə və Texniki Bitkilər ETİ-də 31 mart – Azərbaycanlıların soyqırımı günü ilə bağlı tədbir keçirilib.
Öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

BMTBETİ-nin direktoru İbrahim Cəfərov xalqımızın tarixən yaşadığı faciələrdən danışıb. Azərbaycan tarixinə XX əsrin ən faciəli soyqırımlarından biri kimi daxil olan qanlı faciədə bolşevik-erməni silahlı dəstələri Bakı, Quba, Şamaxı, Göyçay, Cavad, Salyan, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran, Gəncə və digər bölgələrdə kütləvi qətliamlar törətmiş, mindən artıq kənd yandırılmış və dağıdılmışdır. Direktor bildirib ki, sovet dövründə bu tarix xalqımızdan gizli saxlanılıb. Ümummilli Liderimiz Heydər Əliyev xalqımızın tarixini bilməli olduğunu qeyd edib və 26 mart 1998-ci il tarixli sərəncamı ilə 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması ilə bağlı sərəncam imzalayıb. Bu sərəncamdan sonra ölkəmizdə və xarici ölkələrdə tədbirlər keçirilir və xalqımızın başına gətirilən faciələr dünya ictimaiyyətinin diqqətinə çatdırılır. Erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddialarını və təcavüz siyasətini, qanlı cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq, gələcək nəsillərin milli yaddaşını qorumaq və soyqırım qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədi ilə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 30 dekabr 2009-cu il tarixli sərəncamı ilə Quba şəhərində “Soyqırım Memorial Kompleksi”nin yaradılmasına qərar vermişdir. Heydər Əliyev Fondunun dəstəyi ilə Quba rayon mərkəzində Quba Soyqırımı Memorial Kompleksi açılıb.

Daha sonra çıxış edənlər “31 Mart Azərbaycanlıların soyqırımı günü” ilə bağlı fikirlərini bölüşüb və həmin qanlı hadisələrin böyük tarixi anlamı və əhəmiyyətindən danışıblar.

Paylaş: