Konfransın tərəfdaşları: Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi,
Konfransın işçi dilləri: Azərbaycan, ingilis və rus
Konfransda iştirak forması: Əyani
Konfransın tematik istiqamətləri:
- Biogübrələr və mikroorqanizmlərin tətbiqi
- Erroziya və torpaq itkisinin idarə olunması
- Ənənəvi və müasir əkinçilik modellərinin müqayisəsi
- Əkin sahələrinin uzunmüddətli məhsuldarlığıni qorumaq
- Ekoloji cəhətdən təhlükəsiz kimyəvi alternativlər
- Toxum texnologiyalarında son yeniliklər
- Orqanik bitki mühafizəsinin prinsipləri
- İqlim dəyişkənliklərinin təsiri altında zərərverən orqanizmlərin yayılması
- Meyvəçilik və tərəvəzçilikdə yeni texnologiyaların tətbiqi
Konfrans materiallarının tərtibinə qoyulan tələblər
- Məqalənin ümumi həcmi 3-6 səhifə olmalıdır, MS Word proqramında hazırlanmalı, şrift Times New Roman, ölçü 12, hər tərəfdən 2 sm kənar boşluq, sətirlərarası interval 1, abzas 1 olmalıdır. Mətn sətirdən sətirə keçirilmədən yığılmalıdır.
- Məqalənin adı ortadan böyük hərflərlə, qalın şriftlə (Bold), şrift ölçüsü 14 olmalıdır;
- Müəllif(lər)in adı və soyadı tam açıq şəkildə yazılmalı; elmi dərəcəsi və elmi adı qalın və kursiv (Bold, Italic) şriftlə, şrift ölçüsü 12 olmalıdır;
- Təşkilat və şəhərin adı, müəllifin e-poçt ünvanı, kursiv (Italic), şrift ölçüsü 12 ilə qeyd edilməlidir.
- Məqalənin yuxarı sağ tərəfdə onun hansı bölməyə təqdim olunması mütləq göstərilməlidir.
- Məqalənin adı, xülasə və açar sözlər Azərbaycan, rus və ingilis dillərində təqdim edilməlidir. Xülasə 100-110 söz olmalıdır. Açar sözlər ən azı 5-8 söz və ya ifadədən ibarət olmalıdır və xülasənin (rezyumenin, abstraktın) altında yerləşdirilməlidir.
- Ədəbiyyata istinadlar APA 7 stilinə uyğun olaraq müəllifin soyadı və çap ili qeyd edilməklə göstərilməlidir (məsələn, Cəfərov, 2024). İstifadə olunmuş ədəbiyyatların siyahısı isə mətnin sonunda əlifba sırası ilə APA 7 stilində təqdim olunmalıdır.
- Düsturlar və latın adları kursivlə yazılmalıdır.
- Təşkilat Komitəsi tərəfindən seçilmiş məqalələr həm elektron, həm də çap formatında toplu şəkildə nəşr olunacaqdır.
- Konfransda əyani şəkildə məruzə ilə çıxış edən iştirakçılara sertifikat təqdim ediləcəkdir.
Məruzə məqalələrinin göndəriləcəyi elektron ünvan və qəbul olunması üçün son tarix
Tezislər bmtbeti.conference@gmail.com elektron ünvanına göndərilməlidir.
Son tarix: 10 Noyabr 2025-ci il
Konfransın keçiriləcəyi ünvan
AZ 2002, Gəncə ş., Əziz Əliyev pr 91. Bitki Mühafizə və Texniki Bitkilər Elmi – Tədqiqat İnstitutu
Telefon: (+99422 268 47 94)
(055 310 52 29)