BİTKİ MÜHAFİZƏSİ İSTİQAMƏTİNDƏ TƏLİMLƏRƏ START VERİLDİ » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda gənc alim və mütəxəssislərin bilik və bacarıqlarının artırılması məqsədilə Bitki Mühafizəsi istiqamətində təlimlərə başlanılıb.

Təlimlərin əsas məqsədi institutun gənc elmi heyətinin peşəkar hazırlığını gücləndirmək, kənd təsərrüfatı bitkilərinə təhlükə yaradan zərərvericilər, xəstəliklər və alaq otları ilə mübarizədə müasir elmi yanaşmaları tətbiq etməkdir.

Təlimlər çərçivəsində ilk mövzu kimi “Həşəratın Biologiyası və Ekologiyası” seçilmiş və bu istiqamətdə təlim institutun şöbə müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Qabil Bayramov tərəfindən keçirilib.

Tədbir zamanı iştirakçılara zərərverici həşərat qruplarının əsas xüsusiyyətləri, onların inkişaf mərhələləri, ekoloji faktorların populyasiya dinamikasına təsiri və bioloji mübarizə üsulları haqqında geniş məlumat verilib. Təlim interaktiv şəkildə təşkil olunaraq, praktik müzakirələr və sual-cavab sessiyaları ilə müşayiət olunub.

Bu cür təlimlər institutda çalışan gənc alimlərin elmi hazırlıq səviyyəsinin yüksəldilməsinə və kənd təsərrüfatında zərərvericilərə qarşı effektiv mübarizə strategiyalarının formalaşdırılmasına mühüm töhfə verir.

Növbəti mərhələlərdə təlimlərin müxtəlif bitki mühafizəsi mövzularını əhatə etməsi və daha geniş auditoriyanı əhatə etməsi planlaşdırılır.

Paylaş: