2025-Cİ İL ÜZRƏ FƏLSƏFƏ DOKTORU PROQRAMINA QƏBUL İMTAHANLARININ İXTİSAS İMTAHANI KEÇİRİLİB » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda 2025-ci il üzrə fəlsəfə doktoru proqramına qəbul imtahanlarının sonuncu mərhələsi – ixtisas fənni imtahanı təşkil olunub. İmtahan “Bitkilərin mühafizəsi” ixtisası üzrə keçirilib.

Doktorantura səviyyəsində təhsil almaq üçün müraciət edən namizədlər əvvəlki mərhələlərdə — xarici dil və fəlsəfə fənləri üzrə keçirilən imtahanlarda yüksək nəticələr əldə edərək ixtisas fənni imtahanında iştirak etmək hüququ qazanıblar.

İmtahanın təşkili məqsədilə institut daxilində müvafiq imtahan komissiyası yaradılıb. Komissiya tərəfindən imtahan prosesi ədalətli, şəffaf və mövcud qaydalara uyğun şəkildə həyata keçirilib.

İxtisas fənni imtahanında iki namizəd — Həsənova Nuridə və Yəhyayev İsmayıl iştirak ediblər. Komissiyanın qiymətləndirməsinə əsasən, hər iki namizədin nəticələri müsbət hesab olunub.

Qeyd edək ki, ixtisas fənni imtahanı doktoranturaya qəbul prosesinin ən mühüm mərhələlərindən biridir. Bu mərhələdə uğur qazanan namizədlər fəlsəfə doktoru proqramı çərçivəsində elmi fəaliyyətlərini davam etdirəcək və ölkəmizin elmi potensialının inkişafına dəyərli töhfələr verəcəklər.

Paylaş: