
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda Texniki Şuralar keçirilmişdir. İclaslar çərçivəsində Texniki Bitkilərin Seleksiyası şöbəsi, Genetika və genefond laboratoriyası, həmçinin Toxumçuluq şöbəsinin cari fəaliyyət və əldə olunmuş nəticələrə dair hesabatları dinlənilmişdir.
Hesabatlarda aparılan elmi-tədqiqat işləri, seleksiya və genetik tədqiqatların nəticələri, toxumçuluq sahəsində görülmüş işlər və qarşıdakı dövr üçün nəzərdə tutulan fəaliyyət istiqamətləri müzakirə olunmuşdur. Texniki Şura üzvləri tərəfindən təqdim olunan materiallar ətraflı təhlil edilmiş, müvafiq tövsiyə və tapşırıqlar verilmişdir.



