AQRAR ELMLƏR ÜZRƏ FƏLSƏFƏ DOKTORU, DOSENT MAHİRƏ VƏLİYEVANIN 70 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ TOPLANTI KEÇİRİLİB » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

Bitki Mühafizə və Texniki Bitkilər ETİ-nin əməkdaşı aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent Mahirə Vəliyevanın 70 illik yubileyinə həsr olunmuş toplantı keçirilib.

Toplantıda Azərbaycan Dövlət Aqrar Universitetinin müəllim heyəti və institutun əməkdaşları iştirak edib.

Tədbiri giriş sözü ilə institutun direktoru İbrahim Cəfərov açaraq Mahirə Vəliyevanın aqrar elmin inkişafındakı müstəsna xidmətlərindən bəhs edib. Bildirib ki, ömrünü  aqrar sahənin inkişafına, elmə sərf etmiş  adamlarının əməyinə hər zaman böyük dəyər verdiyi kimi, M.Vəliyevanın da həyatının əlamətdar təqvim gününə həsr olunmuş toplantının təşkilini vacib sayıb.

Yubilyarın bioqrafiyasındakı xarakterik məqamlara diqqət çəkən direktor bildirib ki, M.Vəliyeva 65 elmi məqalənin, 4 kitabın, 3 kitabçanın, 7 müəlliflik şəhadətnaməsi və patentin müəllifidir. Çıxışın sonunda İ.Cəfərov yubliyarı 70 illik yubileyi münasibətilə təbriklər ünvanlayaraq ona yeni nailiyyətlər diləyib və rəhbərlik etdiyi institutun adından hədiyyələr  təqdim edib.

Toplantıda ADAU-nun müəllimələri Məhsəti Ələkbərova, Aytəkin Məmmədova, institutun elmi katibi Məryəm Bağırova, şöbə müdirləri Qabil Bayramov, Gülcamal Ələsgərova və digər əməkdaşları çıxış edərək yubilyara öz ürək sözlərini və təbriklərini çatdırıblar. Mahirə Vəliyevaya  qarşıdakı müddətdə də yaradıcılıq şövqü və məhsuldarlığın davamını arzulayıblar.

Alim də öz növbəsində 70 illik yubileyinə, keçdiyi ömür yoluna yüksək dəyər verdikləri üçün İbrahim Cəfərova və toplantı iştirakçılarına təşəkkürünü bildirib.

Paylaş: