BİTKİ MÜHAFİZƏ VƏ TEXNİKİ BİTKİLƏR ETİ-DƏ İLK HƏMKARLAR İTTİFAQININ HESABAT-SEÇKİ YIĞINCAĞI KEÇİRİLİB » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda ilk Həmkarlar İttifaqının hesabat-seçki yığıncağı keçirilib.

Tədbirdə ittifaq üzvlər ilə yanaşı, Aqrar Sahə İşçiləri Həmkarlar İttifaqı Birliyinin (ASİHİB) sədri Fuad Məmmədov və İnstitutun direktoru İbrahim Cəfərov də iştirak ediblər.
İttifaq üzvləri qarşısında hesabat verən ilk həmkarlar ittifaqının sədri Vüqar Nəbiyev ötən dövr ərzində görülən işlərdən və həyata keçirilən tədbirlərdən danışıb.

ASİHİB-nin sədri Fuad Məmmədov təqdim olunan hesabata münasibət bildirib, irad və təkliflərini səsləndirib. İnstitutun direktoru İbrahim Cəfərov isə həmkarlar ittifaqının fəaliyyətindən razılığını ifadə edib və gələcək işlərində uğurlar arzulayıb.

Yığıncaqda Rəyasət heyətinin yeni tərkibi formalaşıb. Həmçinin açıq səsvermə yolu ilə Vüqar Nəbiyev yenidən həmkarlar ittifaqının sədri seçilib.

Paylaş: