BİTKİ MÜHAFİZƏ VƏ TEXNİKİ BİTKİLƏR ETİ VƏ SALONİKİ ARİSTOTEL UNİVERSİTETİNİN NÜMAYƏNDƏLƏRİ ARASINDA GÖRÜŞ KEÇİRİLİB » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

Yunanıstanın “Bios Agrosystems” şirkəti ilə birgə “Azərbaycanda yerli və xarici pambıq sortlarının müqayisəli qiymətləndirilməsi” layihəsi çərçivəsində Bitki Mühafizə və Texniki Bitkilər ETİ-də görüş keçirilib.
“Bios Agrosystems” şirkətinin, Saloniki Aristotel Universitetinin nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə 2023-cü il üçün layihənin icrası dəyərləndirilib, görülən işlər müzakirə edilib, həmçinin layihənin icrasına dair təqdimatlar edilib.
Sonda F2 və F3 hibridlərinin səpildiyi pambıq sahəsinə baxış keçirib, pambıq kollarında yüksək nəticə müşahidə edilib və sahə mütəxəssislər tərəfindən müsbət qiymətləndirilib.
Qeyd edək ki, 2020-ci ildən Azərbaycan, Yunanistan, Türkiyə pambıq sortları arasında aparılan hibridləşmənin nəticəsi olaraq laborartoriya təhlilindən sonra keyfiyyət göstəricilərinə görə seçilmiş perspektivli hibridlər pambıq sortu kimi təqdim olunacaq.

 

Paylaş: