BİTKİ MÜHAFİZƏ VƏ TEXNİKİ BİTKİLƏR ELMİ-TƏDQİQAT İNSTİTUTU 2024-CÜ İL ÜÇÜN DOKTORANTURA VƏ DİSSERTANTURAYA QƏBUL ELAN EDİR » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

Fəlsəfə doktoru proqramı üzrə doktorantura və dissertanturaya sənəd qəbulunun 15 may 2024-cü il tarixində həyata keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, qeydiyyatı təsdiqlənən şəxslərin “Xarici dil” imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən 9 iyun 2024-cü il tarixində keçiriləcək.

Xarici dil imtahanını müvəffəqiyyətlə verən şəxslərin Fəlsəfə fənni üzrə imtahanı 2,3,4 sentyabr, ixtisas imtahanı isə 9,10,11 sentyabr 2024-cü il tarixlərində baş tutacaq.

Sənəd qəbulu prosesinə 16 aprel saat 11:00-dan etibarən start verilib. Sənəd qəbulu prosesi mayın 15-i saat 18:00-da başa çatacaq. https://edu.gov.az/az/news-and-updates/20972-1

Qəbul şərtləri

1. Fəlsəfə doktoru proqramı üzrə doktorantura və dissertanturaya  ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən yaxud təhsili ona bərabər tutulan Azərbaycan Respublikasının vətəndaşları sənəd verə bilərlər.

2. Doktorantura və ya dissertanturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilməlidir:

• ərizə;
• kadrların şəxsi qeydiyyat vərəqi;
• tərcümeyi-hal;
• iş yerindən xasiyyətnamə;
• iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
• çap olunmuş elmi əsərlərin siyahısı (elmi əsərlərin surətləri əlavə edilməklə) və ya seçilmiş ixtisasa aid olan mövzu üzrə referat;
• ali təhsil haqqında diplomların (diplomun) və qiymət cədvəllərinin (qiymət cədvəlinin) notarial qaydada təsdiq olunmuş surətləri (xarici ölkələrdə təhsil almış vətəndaşlar üçün təhsil haqqında sənədin tanınması haqqında Təhsil Nazirliyinin şəhadətnaməsi);
• şəxsiyyəti təsdiq edən sənədin surəti.

Qəbul aparılan ixtisaslarla aşağıda göstərilib:

;

Paylaş: