BİTKİ MÜHAFİZƏ VƏ TEXNİKİ BİTKİLƏR ELMİ-TƏDQİQAT İNSTİTUTU VƏ VOLQOQRAD DÖVLƏT AQRAR UNİVERSİTETİ ARASINDA ONLAYN MÜQAVİLƏ İMZALANIB » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutu (BMTBETİ) və Volqoqrad Dövlət Aqrar Universiteti arasında onlayn görüş keçirilib.

Tədbirdə BMTBETi-nin direktoru İbrahim Cəfərov ölkələrimiz arasında dostluq münasibətlərinə toxunub, iki ölkə arasında bütün sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. Direktor müqavilənin əhəmiyyətini önə çəkərək bildirib ki, əsas məqsəd iki qurum arasında əməkdaşlığı yeni mexanizmlər əsasında qurmaq, inkişaf etdirmək, kadr və təcrübə mübadiləsi aparmaq, o cümlədən birgə layihələrdə iştirak etməklə kənd təsərrüafatının inkişafına dəstək verməkdir.

Volqoqrad Dövlət Aqrar Universitetinin rektoru Tseplyayev Vitaliy qarşılıqlı əməkdaşlıqdan məmnun olduğunu və imzalanmış müqavilənin vacibliyini vurğulayıb.

Görüşdə elm sahələrində ortaq layihələr həyata keçirmək, elmi toplantılar, konfranslar təşkil etmək, birgə elmi-tədqiqatlar aparmaq, kadr hazırlığı məsələləri müzakirə edilib. Kadr hazırlığı, elmi tədqiqat sahələrində birgə araşdırmalar, ortaq layihələr həyata keçirmək əsas fəaliyyət istiqamətləri kimi müəyyənləşdirilib.

Sonda tərəflər arasında onlayn şəkildə qarşılıqlı müqavilə imzalanıb.

Paylaş: