BİTKİ MÜHAFİZƏ VƏ TEXNİKİ BİTKİLƏR ET İNSTİTUTUNDA ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ANADAN OLMASININ 100 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ ELMİ KONFRANS KEÇİRİLİB » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

Bitki Mühafizə və Texniki Bitkilər ET İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Aqrar Siyasət” mövzusunda elmi konfrans keçirilib.

Tədbirdə Gəncə şəhər İH nümayəndəsi, Elmi-Tədqiqat İnstitutlarının,  Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktorları, Bitki Mühafizə və Fumiqasiya Mərkəzlərinin rəhbərləri və ADAU-nun müəllim heyəti iştirak ediblər.

Öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.

Konfransda Dövlət Himni səsləndirilib, xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, müstəqilliyi uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru İbrahim Cəfərov konfransın açılışında çıxış edərək  qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin həm keçmiş sovetlər dönəmində, həm də müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə bütün sahələrdə olduğu kimi aqrar sahədə də ciddi islahatlar aparılmışdır. Bunun nəticəsində isə resurslardan məqsədyönlü və səmərəli istifadə təmin olunmuş, sahənin dayanıqlı inkişafı üçün əsaslı baza yaradılmışdır. Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda davam etdirilən uğurlu aqrar siyasət nəticəsində ölkə iqtisadiyyatında kənd təsərrüfatı xüsusi yerə sahib olmuşdur. Tarixə nəzər salsaq görərik ki, dahi şəxsiyyət Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi ilk dövrlərdə respublikamız sovetlər miqyasında xüsusi çəkiyə malik olan respublikaya çevrilmişdir. Bu isə Ulu Öndərin gördüyü strateji tədbirlərin  və həyata keçirdiyi islahatlar fonunda  respublikamızın sürətlə inkişafı nəticəsində baş vermişdir.

Konfransda çıxış edən a.e.d.professor Nizami Seyidəliyev bildirib ki, Ümummilli lider Heydər Əliyevin ölkəmizə bəxş etdiyi, kənd təsərrüfatının inkişafında mühüm nailiyyətlər qazanmasına səbəb olan islahatlar həm vətəndaşların, həm də respublikamızın siyasi və iqtisadi həyatında təkzib edilməz nailiyyətlərə yol açmışdır. Günümüz reallığında Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Möhtərəm Cənab Prezident İlham Əliyev tərəfindən yüksək əzmkarlıqla, uğurla davam etdirilir.

Konfransda  ADAU-nun müəllimləri a.e.f.d.dos. Fariz Ələkbərov, a.e.f.d.dos., Elxan Allahverdiyev, BMTBETİ-nin əməkdaşı a.e.d.Ələdin Tağıyev, a.e.f.d. Qabil Bayramov, Əkinçilik ETİ-nin əməkdaşalrı Rəhilə İslamzadə, Samirə Qəribova və Abşeron Təcrübə Stansiyasının əməkdaşı Aynurə Hüseynova mövzu ətrafında məruzələrlə çıxış ediblər.

Sonda konfransda çıxış edən məruzəçilərə sertifikatlar təqdim olunub.

 

 

 

 

 

 

 

 

Paylaş: