BİTKİ MÜHAFİZƏ VƏ TEXNİKİ BİTKİLƏR ETİ-DƏ İKİ KİTABIN TƏQDİMATI KEÇİRİLİB » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

Təqdimatda Azərbaycan Dövlət Aqrar Universitetinin, Gəncə Dövlət Universitetinin, Azərbaycan Texnologiya Universitetinin professor-müəllim heyəti və institutun əməkdaşları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan instituttun direktoru İbrahim Cəfərov ilk öncə “Əkinçiliyin və bitkiçiliyin əsasları” kitabının müəllifi a.e.d., dos Mahirə Vəliyevanın səmərəli elmi fəaliyyətinə, araşdırmalarının ümumi mahiyyətinə nəzər salıb. Daha sonra kitab haqqında fikirlərini bildirərək kitabın aqrar sahədə əhəmiyyətindən danışıb.

Daha sonra BMTBETİ-nin əməkdaşlarının birgə fəaliyyəti, kollektib müəllifliklə nəşr olunan “Meyvə bitkilərinin zərərvericiləri” adlı kitab haqqında söz açaraq kitabın ərsəyə gəlməyində əməkdaşların, xüsusilə gənclərin əməyini xüsusi vurğulayıb.

Sonra çıxış edən GDU-nun professoru, AMEA-nın müxbir üzvü Vaqif Novruzov, Sevda Əhmədova, Aynur Bayramova, ADAU-nun professoru Nizami Seyidəliyev, Allahverdi Seyidov, a.e.d. Kazım Hüseynov, a.e.f.d. Aynur Həsənova, b.e.f.d., dos. Firudin Qurbanov, b.e.f.d., dos. Abbas İsmayılov, ATU-nun prorektoru Şahmar Həsənov, t.f.d. Mehman İsmayılov digər natiqlər kitab haqqında fikirlərini səsləndiriblər.

Paylaş: