BMTBETİ-də 20 YANVAR FACİƏSİNİN İLDÖNÜMÜ İLƏ ƏLAQƏDAR TƏDBİR KEÇİRİLİB » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

Yanvarın 19-da Bitki Mühafizə və Texniki Bitkilər ETİ-də 20 Yanvar faciəsinin 34-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş nitqi ilə açan institutun direktoru İbrahim Cəfərov 1990-cı ilin 20 yanvar hadisələrində Azərbaycan xalqının öz iradəsini ortaya qoyduğunu diqqətə çatdırıb. O, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 20 Yanvar faciəsinin Sovet hakimiyyətinin ən qanlı təxribatı olduğunu bildirib.

Ulu öndər Heydər Əliyevin siyasi iradəsinin nəticəsində 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verildiyini vurğulayıb. Direktor bildirib ki, Ümummilli lider Heydər Əliyev o dövrdə bütöv bir imperiyaya qarşı özünün haqq səsini ucaldaraq, Azərbaycan xalqının lideri kimi öz xalqının yanında olduğunu sübut etdi.

Ulu öndərin yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması üçün mühüm işlər görüldüyünü deyib. İbrahim Cəfərov vurğulayıb ki, “Bu gün 20 Yanvar, Birinci Qarabağ müharibəsi, Vətən müharibəsində həlak olmuş şəhidlərin, mülki insanların ruhu şaddır. Biz qürurluyuq ki, bu gün Azərbaycan “Dəmir yumruq” gücü ətrafında birləşib öz ərazi bütövlüyünü təmin edərək, gücünü dünyaya göstərib.  Biz həm də ona görə qürurluyuq ki, Azərbaycan siyasi arenada öz sözünü deyən qüdrətli və qalib ölkədir”.

Daha sonra çıxış edən institutun əməkdaşları Qərib Məmmədov, Jalə Hüseynzadə, Esmiralda Hüseynova 20 Yanvar tarixinin əhəmiyyətindən danışıblar. Bu tarixin Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda qürur və xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu, Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrildiyini vurğulayıblar.

Paylaş: