BMTBETİ-DƏ-DƏ NAXÇIVAN KƏND TƏSƏRRÜFATI ELMİ-TƏDQİQAT İNSTİTUTUNUN ƏMƏKDAŞLARINA TƏLİMLƏR KEÇİLİB » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Akademik Həsən Əliyev adına Kənd Təsərrüfatı Elmi Tədqiqat İnstitutunun və Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu arasında əməkdaşlıq çərçivəsində təlimlər həyata keçirilir.

Naxçıvan Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutunun (KTETİ) nümayəndələri BMTBETİ-də təlim proqramlarına qoşulublar. 3 gün davam edən təlimlərdə KTETİ-nin 2 nümayəndəsi iştirak edib. İştirakçılara BMTBETİ-nin əməkdaşları tərəfindən “Bitki Mühafizə və Texniki Bitkilər ETİ-də aparılan elmi tədqiqat işlərinin istiqamətləri, “Tarla təcrübələrinin aparılma üsulları, təcrübənin növləri, təsnifatı və onlara göstərilən metodiki təlabatlar”, “Tədqiqatçı fermer münasibətlərinin Qurulması” mövzuları üzrə təlimlər keçilib. Həmçinin “Aqrotexniki tarla təcrübələrinin aparılması metodikası”, “Texniki bitkilərin təcrübə sahələrində yaz tarla işlərinin gedişatı ilə tanış olmaq”, “Pambığın seleksiya təcrübələri, seleksiyada ilkin material” və s. mövzuları iştirakçıların diqqətinə çatırılıb.

Təlim proqramı əsasında növbəti günlərdə şöbə və laboratoriyalarla əyani tanışlıq və təcrübə sahələrinə baxış həyata keçirilib. Təlimlərin keçirildiyi müddətdə ətraflı müzakirələr aparılıb, suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası ərazisində sınaqdan keçirilməsi üçün təlim iştirakçılarına institutun seleksiyaçılarının müəllifi olduğu yerli pambıq toxumları verilib.

Paylaş: