BMTBETİ-NİN ƏMƏKDAŞLARI MİR CƏLAL PAŞAYEVİN EV-MUZEYİNİ ZİYARƏT EDİBLƏR » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

Bitki Mühafizə və Texniki Bitkilər ETİ-nin kollektivi görkəmli yazıçı, ədəbiyyatşünas, Azərbaycanın əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Mir Cəlal Paşayevin Gəncə şəhərində yerləşən ev-muzeyini ziyarət ediblər.

İnstitutun əməkdaşları əvvəlcə muzeydə təşkil olunmuş “Müstəqilliyimiz əbədidir” mövzusunda tədbirdə iştirak ediblər. BMTBETİ-nin direktoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov tədbirdə Mir Cəlal Paşayev haqqında fikirlərini bildirərək qeyd edib ki, Mir Cəlal Paşayev bir yazıçı olaraq cəmiyyətin əxlaqi və ictimai istiqamətini görürdü, Gənc nəslin elm, bilik alması və tərbiyəsilə müntəzəm məşğuldu. Onun ədəbi irsinin bütün nəsillər üçün əsl məktəb olduğunu vurğulayıb.

Daha sonra muzeyi ziyarət edən kollektivə bildirilib ki, XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş görkəmli yazıçı Mir Cəlal Paşayevin uşaqlıq, gənclik və tələbəlik illəri, pedaqoji, ədəbi fəaliyyəti və ev-muzeyi haqqında geniş məlumat veriblər. Bildirilib ki, 2007-ci ildə istifadəyə verilən ev-muzeyinə ədibin pasportu, orden və medalları hədiyyə edilib. Hazırda bu əşyalar muzeyin ən dəyərli eksponatlarıdır.

Sonda direktor İbrahim Cəfərov muzeyin xatirə kitabına ürək sözlərini yazıb.

Paylaş: